Dünya

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ilkin tarixi açıqlandı

  • 20 Dec 2017
  • 317 baxış

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ilkin tarixi açıqlanıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, görüşün tarixini açıqlamaq hələ çətindir.

Nazir qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixini hələ demək çətindir. Bununla belə, görüşün gələn il yanvarın ortasında keçirilməsi nəzərdə tutulur".

E.Məmmədyarov vurğulayıb ki, görüş Avropa ölkələrinin birində baş tutacaq: "Həmsədrlər görüşün dəqiq tarixi barədə məlumat verəcəklər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-12579-azerbaycan-ve-ermenistan-xin-rehberlerinin-novbeti-gorushunun-ilkin-tarixi-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11