İqtisadiyyat

"Bitkoin qumar qədər təhlükəlidir" - Ekspertdən xəbərdarlıq

  • 20 Dec 2017
  • 360 baxış

İqtisadçı ekspert Qubad İbadoğlu bitkoinə sərmayə qoyulmasından yazıb. 

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, o qeyd edib ki, 2009-cu ildə 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan bitkoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başlayıb: "Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən Birkoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişikliklər gözləniləndir. Amma, bitkoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil. 

Bitkoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, bitkoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitkoinlə böyük pullarla "oynamaq" təhlükəlidir".

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR