idman

AFFA İntizam Komitəsi klubları cəzalandırdı

  • 20 Dec 2017
  • 312 baxış

AFFA İntizam Komitəsi "Zirə" və "Sumqayıt" klublarını cəzalandırıb.

XalqTV.com report-a istinadən xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə baş vermiş olaylar səbəb olub. 

"Neftçi" - "Zirə" matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. 90+4-cü dəqiqədə isə "Zirə"nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb. 

>

Bundan başqa "Qarabağ"la ev oyununun 90-cı dəqiqəsində "Sumqayıt" azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12587-affa-intizam-komitesi-klublari-cezalandirdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11