idman

Qvardiola: "Bir mövsümdə 4 titul qazanmaq real görünmür"

  • 20 Dec 2017
  • 251 baxış

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın ilk dövrədə çıxışına münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, mütəxəssis bunları deyib:

"Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku və Liqa Kubokunu bir mövsümdə qazanmaq real görünmür. Bu baş verməyəcək. Böyük miqdarda gənc futbolçunun oynadığı komandanın ardıcıl 16 oyunda qələbə qazanması, Çempionlar liqasının pley-offuna çıxması və Liqa kubokunda mübarizəni davam etdirməsi normal bir şey deyil. Rəqiblər xal itirənə və uduzana qədər biz rekord yeniləməyə davam edirik. Amma titulların sayı barədə düşünmürəm".

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR