SAĞLAMLIQ

Qalxanabənzər vəzin disfunksiyası ginekoloji problemlərə səbəb ola bilir

  • 21 Dec 2017
  • 423 baxış

Ginekoloji problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır. Belə ki, qalxanabənzər vəzi orqanizm üçün çox mühüm, metabolizmə birbaşa nəzarət edən hormonlar ifraz edir.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının endokrinoloqu Əli İbrahimov universitetin mətbuat xidmətinə bildirib.

Qalxanabənzər vəzi disfunksiyası ilə bağlı ortaya çıxan ginekoloji problemlərdən danışan həkim deyib: "Belə problemlərin yaranmasında qalxanabənzər vəzin disfunksiyası çox mühüm rol oynayır. Ginekoloji problemlərə sonsuzluq, dölün inkişafdan qalması, süni abort və vaxtından qabaq doğuşların baş verməsi aid edilir. Qalxanabənzər vəzin funksional pozğunluqlarına aid edilən hipertireoz və hipotireoz hallarında bir sıra məqamlara diqqət yetirilmək mütləqdir. Hipertireoz-qalxanabənzər vəzi hormonlarının həddindən çox ifraz olunmasıdır. Hipertireozun əlamətləri-ürəkdöyüntü, iştahanın artmasına baxmayaraq arıqlama, əzələlərdə zəiflik, saç tökülməsi, əsəbilik, tərləmənin artması, yuxusuzluq, ishal, aybaşı dövrlərinin pozulması, ekzoftalm (gözlərin irəli doğru qabarması), istiyə qarşı dözümsüzlük, libidonun azalmasıdır. Bəzi hallarda sadaladığımız əlamətlərin heç biri müşahidə edilməsə də, təsadüfi yoxlama zamanı disfunksiya aşkarlanır. Belə hal asimptomatik formada müşahidə edilir.

>

Hipotireoz isə qalxanabənzər vəzi hormonlarının normadan az ifraz olunmasıdır. Hipotireozun əlamətləri isə yorğunluq, halsızlıq, üşümə, diqqət dağınıqlığı, yaddaş zəifliyi, iştahanın azalmasına baxmayaraq çəkinin artması ,dəridə quruluq, saçda quruluq və tökülmə, dırnaqların qırılması, səsin dəyişməsi, qəbizlik, aybaşı dövrünün pozulmaları aid edilir.

Diaqnozu dəqiqləşdirmək üçün hormonal analiz, ultrasəs müayinəsi və endokrinoloqun baxışı mütləqdir. Müntəzəm olaraq, hər bir qadın bu tip yoxlamalardan keçməklə hazırda çox geniş yayılmış olan sonsuzluq və digər ginekoloji problemlərin həllində çox mühüm rol oynaya bilər".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO