İqtisadiyyat

AYİB TAP-a 500 milyon avro ayıra bilər

  • 21 Dec 2017
  • 346 baxış

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transadriatik boru kəməri (TAP) layihəsi üçün 500 milyon avro məbləğində kredit ayrılması məsələsinə baxır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, AYİB artıq layihənin konsepsiyasına baxıb və hazırda layihə yekun olaraq nəzərdən keçirilir.

Qeyd edək ki, 2018-ci ilin fevralında Avropa İnvestisiya Bankı da TAP üçün 1,5 milyard avro ayrılmasına baxacaq.

>

Dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir və Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR