"Əlimi daşın altına qoymaq üçün gəldim" - Fatih Terim - FOTO
Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi Fatih Terimin rəsmi təqdimatı baş tutub. "Qalatasaray" Fatih Terimlə rəsmi müqavilə imzalayıb.
/>
XalqTV.com xəbər verir ki, "Qalatasaray" klubunun prezidenti Dursun Özbeklə jurnalistlərin qarşısına çıxan "imperator"un yuvasına qayıtdığı üçün xoşbəxt olduğu açıq-aşkar hiss edilib.
Fatih Terim bu təyinatla bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib:
"Mənim həyatım burada keçdi. Zaman-zaman ayrılıqlar olur. "Qalatasaray"ın son durumuna baxanda mənə ehtiyac olduğunu anladım və əlimi daşın altına qoymaq üçün gəldim. Tələsməməliyik. Görəcək işlərimiz çoxdur. Hər zaman ilklərə imza atan klubla yenə ilklər etmək, daha böyük uğurlar qazanmaq üçün buradayam.
/>
>"Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terim Super Liqada "Göztəpə" ilə baş tutacaq ilk matçından da danışıb:
"İki gün sonra "Göztəpə" ilə oyunumuz var. İlk məşqimə çıxdım. Zamanımız var. Amma çox da deyil. Tez bir zamanda əskiklikləri aradan qaldırmaq üçün işə başlamalıyıq. Buradan məsləkdaşım İqor Tudora da xidmətləri üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Qalatasaray" 64 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
Onu da əlavə edək ki, imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Fatih Terim "Köməkçiləriniz kimlərdir?" sualına: "Yerli mütəxəssislərlə yanaşı əcnəbilər də olacaq. İşini daha yaxşı bacaran insanlar yanımda olacaq" cavabını verib.
Təhməz Təkin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində