SAĞLAMLIQ

Bu insanlar YOD SETKASIndan istifadə etməməlidir

  • 22 Dec 2017
  • 442 baxış

Yod setkası yuxarı tənəffüs yolları iltihabları (angina, bronxit, laringit və s.), əzələ, bağlar, yumşaq toxumalarının iltihabları və travmaları (miozit, bağların dartınması, hematoma və s.) zamanı çox geniş istifadə olunur.

Lakin bəzi insanlar üçün bu vasitədən istifadə ziyanlı ola bilər. XalqTV.com saglamolun.az-a istinadən bu haqda məlumat təqdim edir.  

1. Pediatrlar kiçik yaşlı uşaqlara (5 yaşa) yod setkasından istifadə etməyi tövsiyə etmirlər. Yod molekulları uşağın dərisindən qana asanlıqla keçir və bu da uşağın orqanizmində yodun səviyyəsinin artmasına səbəb olur. Bu isə qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edə bilər.

2. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı yod setkalarından istifadə etmək qəti şəkildə olmaz.  Həmçinin yodla müalicə alan, yod preparatlarını qəbul edən insanlar da bu vasitənin istifadəsindən imtina etməlidir.

3. İnsanda yoda olan allergiya varsa, bu müalicə üsulu ona ziyan vura bilər. Əgər yod setkasından ilk dəfə istifadə olunursa, mütləq test etmək lazımdır. Dərinin kiçik hissəsinə yod çəkin və yarım saatdan sonra  dərinin vəziyyətinə baxın - səpgi, qızartı və s. varsa, bu vasitədən istifadə etməyin.

>

4. Yüksək hərarət zamanı yod setkasından istifadə etmək olmaz.

5. Hamilə qadınlara da bu vasitədən istifadə etmək tövsiyə edilmir.  

Nəzərinizə çatdıraq ki, hətta sizdə yuxarıda sadaladığımız ək-göstərişlər yoxdursa, yod setkasından həftədə 2-3 dəfədən artıq istifadə etmək olmaz.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-12661-bu-insanlar-yod-setkasindan-istifade-etmemelidir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11