SAĞLAMLIQ

Tibb alimləri yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən ediblər

  • 22 Dec 2017
  • 346 baxış

Kolumbiya Universitetinin Tibb Mərkəzi yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən edib. Alimlər axşam saatlarında smartfonlardan və planşetlərdən imtina etməyi təklif etmir, çünki bu, müasir dövrdə insanlar üçün real deyil. Lakin onlar dərin yuxu üçün zərərli olan və mavi işıq buraxan ekrana kəhrəba rəngli eynəklərlə baxmağı məsləhət görürlər. Mobil cihazların ekranının mavi işığı beyində melatonin (yuxu gətirici) yaramasının qarşısını alır və diqqəti artırır.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, rəngli eynəklər bu işıq spektrinin qarşısını alır. Bu, yuxusuzluqdan əziyyət çəkən 14 insanın üzərində aparılan eksperimentlə sübut olunub. Onlar yatmazdan əvvəl, yeddi axşam ard-arda və iki saat müddətində həm adi şüşədən olan, həm də rəngli eynəklərdən istifadə ediblər. Dörd həftə sonra hər şey təkrar olunub, lakin könüllülərin eynəkləri dəyişdirilib. Bununla yuxunun keyfiyyəti və müddəti qeydə alınıb.

>

Müəyyən edilib ki, rəngli eynəklər təxminən 30 dəqiqəlik əlavə yuxu təmin edir. Könüllülər də yuxunun müddəti və dərinliyinin artdığını, keyfiyyətinin yaxşılaşdığını təsdiq ediblər. Ümumilikdə, onlar yuxusuzluqla bağlı vəziyyətlərinin yaxşılaşdığı qənaətindədir. Yeri gəlmişkən, rəngli linzalar könüllülərin göz təzyiqinin azalmasına da kömək edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO