Dünya

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir - YENİLƏNİB - FOTO

  • 23 May 2017
  • 259 baxış

14:54

XalqTV.com xəbər verir ki, Maçhester polisi Arndale alış-veriş mərkəzində - hadisə yerində bir şübhəlini saxlayıb.

----------

14:41

Ötən gecə qana bulanan Mançester şəhərində az öncə yenidən partlayış səsləri eşidilib.

XalqTV.com Reuters-ə istinadən xəbər verir ki, dünən gecə terror zamanı 22 nəfərin öldüyü Mançester şəhərində "Arndale" alış-veriş mərkəzindəki müştərilərin təxliyə edildiyi deyilir. Agentliyin məlumatına görə, ərazidə böyük bir partlayış səsi eşidilib.

Şahidlər bildiriblər ki, AVM-dəki xeyli sayda insan qaçaraq ərazidən uzaqlaşırlar.

Xatırladaq ki, İngiltərənin Mançhester şəhərində ABŞ-lı müğənni Ariana Qrandenin konsert verdiyi 'Manchester Arena"da törədilən partlayış terror aktı nəticəsində 22 nəfər həyatını itirib, 59 insan yaralanıb.

Təhməz Təkin
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/19/cached-xeber-1268-mancesterde-novbeti-partlayish--avm-deki-insanlar-texliye-edilir---yenilenib---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11