Dünya

O, Fransanın ən gənc prezidenti ola bilər

  • 07 May 2017
  • 226 baxış

Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə RTBF telekanalı xəbər verib.

Məlumata əsasən, səslərin 62-65 faizini toplayan "En Marche" (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.
 
Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.
 
Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR