SAĞLAMLIQ

Körpəni necə çimizdirməli?

  • 23 Dec 2017
  • 415 baxış

Yeni doğulmuş körpəni ancaq göbək ciyəsi sağaldıqdan sonra çimizdirmək olar.Uşağı qorxutmamaq üçün uşağı yuxulu və ac olduqda deyil,sakit və əhvali-ruhiyyəsi yaxşı olduqda çimizdirmək lazimdır.
Uşağı harada çimizdirmək olar?
Körpəni gigiyenik tələblərə cavab verən yerdə-mətbəxdə, otaqda və ya hamam otağında çimizdirmık məsləhətdir.Uşaqlar xüsusi plastmas vannalarda çimizdirilir.
Necə sudan istifadə etmək məsləhətdir?
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, ilk dəfə uşağı yalnız qaynadilmış su ilə çimizdimək olar. Bu,hələ tam sağalmamış göbək yarasına infeksiyanın qarşısını almaq üçündür.Yara sağaldıqdan sonra adi sudan istifadə etmək olar.Suyun hərarəti termometrlə ölçülür və uşaq çimdiyi müddətda temperatur sabit saxlanılır. Bunu üçün isti suyu az-az vannaya əlavə etmək lazımdır. Həyatının ilk ayında çimmək üçün götürülən suya 5%-li kalium permanqanat (marqanes) əlavə etmək lazımdır.Sonrakı aylarda bu məqsədlə çobanyastığı və ya yatıqqanqal dəmləmələrindən istifadə etmək olar.
Uşağı çimizdirmək üçün aşağıdakı əşyalar lazimdır:
1.uşaq sabunu
2.isti qaynadılmış su
3.çobanyastığı və ya yatıqqanqal dəmləməsi
4.pambıq
5.daraq
6.dırnaq qayçısı
7.dəri büküşlərini silmək üçün uşaq yağı
8.böyük dəsmal və uşaq paltarı
Çılpaq uşağı nazik pambıq parçanın arasına qoyun və yavaş -yavaş suya salmağa başlayın ki, dərisi suya öyrəşsin. Suya əvvəlcə ayaqları,sonra sağrını və beli salın.Uşağı süngər və ya yumşaq parça ilə çimizdirmək lazımdır.Əvvəlcə körpənin boynunu və sinəsini .sonra qarnınl, əl və ayaqlarını.sonda isə belini yuyun.Uşağın başını ən axırda və çox ehtiyatla yumaq lazımdır.
İlk vaxtlarda 5-7 dəqiqə yumaq kifayət edir.Sonralar uşaq öyrəşdikdə bu proseduru 15-20 dəqiqə uzatmaq olar.Çimizdirdikdən sonra körpənin bütün bədənini, xüsusən də büküşləri uşaq yağı ilə silin.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO