SAĞLAMLIQ

Yeni doğulmuşlarda bişməcə

  • 23 Dec 2017
  • 396 baxış

Bişməcə adətən yenidoğulmuş körpələrdə olur. Bişməcə olan nahiyyədə yanma, qaşınma hissi olur. Bu səbəbdən də bişməcəsi olan körpələr narahat yatır, əsəbi və yuxusuz olurlar. Bişməcənin əmələ gəlməsinə Candida albicans adı verilən göbələyin səbəb olduğu məlumdur. Bu göbələk nəcis və sidik ifrazı olan bölgələrdə əmələ gələn və patologiyaya səbəb olan göbələkdir. Həmin hissələrin nəmli və ilıq olması göbələk xəstəliyinin atrıb çoxalmasına səbəb olur. Buna görə də bişməcə körpələrin oturacaq hissəsinin pampers və ya bezlə təmasda olan nahiyəsində əmələ gəlir.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, bişməcə adətən bel, beldən aşağı, oturacaq və budun yuxarı hissəsində əmələ gəlir. Bişməcə baş verən zaman analar bəzi qaydalara əməl eləməyi unutmamalıdırlar:
1. Bişməcə olan zaman talk pudrası istifadə etmək olmaz.
2. Körpələr əlavə yeməyə keçdiyi zaman nəcisin kimyəvi tərkibi dəyişdiyinə görə bişməcə əmələ gələ bilir..Həssas cildi olan körpələrdə bişməcəyə meyillilik daha çox olduğuna görə onların təmizliyinə diqqətlə yanaşmaq lazımdır.
3. Körpənin dərisi nəm qalmamalıdır.
Bişməcənin əmələ gəlməməsi üçün analar bəzi qaydalara əməl etməlidir:
* Körpə sidik və nəcis ifrazından sonra mütləq yuyulmalı və yaxşıca qurudulmalıdır.
* Körpənin dərisi mütləq havalandırılmalıdır.
* Sintetik geyimlərin dəri ilə təmas edilməsinə icazə verilməməlidir.
* Bişməcə olan nahiyyə suyla və köpüklənməyən sabunla yuyulmalıdır.
* Körpəyə geydirilən alt paltarları qaynadılmalıdır.
* Körpənin altı islaq qalmamalıdır.
* Dəri yuyulduqdan sonra yumşaq pambıq parça ilə qurulanmalıdır.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO