idman

Həndbol üzrə son ölkə çempionu olan "Nur" komandası turnir cədvəlində bir pillə geriləyib

  • 24 Dec 2017
  • 292 baxış

Qadın həndbolçular arasında Azərbaycan çempionatında VIII tura yekun vurulub.

XalqTV.com xəbər verir ki,Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, "Azəryol" komandası "İdman Akademiyası" təmsilçilərinə böyük hesabla qalib gəlib - 31:13. "Azərsu" həndbolçuları isə "Gənclərbirliyi" kollektivini 40:24 hesabı ilə asanlıqla məğlub edib.

Xatırladaq ki, VIII turun qadınlar arasında ilk qarşılaşmasında "Nur" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Mingəçevirdə Kür Olimpiya İdman Mərkəzində keçirilən görüşdə qonaqlar meydan sahiblərindən 27:25 hesabı ilə üstün olublar.

>

Bu nəticələrdən sonra aktivindəki xalların sayını 14-ə çatdıran "Azəryol" komandası turnir cədvəlində liderliyini davam etdirir. "Azərsu" kollektivi 13 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 9 xalla "Qarabağ" həndbolçuları tamamlayırlar. Ötən il ölkə çempionu olan "Nur" komandası isə bir pillə geriləyərək dördüncü pilləyə düşüb. Mingəçevir təmsilçiləri 8 turdan sonra 8 xal toplaya biliblər. "Gənclərbirliyi" və "İdman Akademiyası"nın kollektivləri 2 xalla beşinci və altıncı yerləri bölüşürlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12710-hendbol-uzre-son-olke-cempionu-olan-nur-komandasi-turnir-cedvelinde-bir-pille-gerileyib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11