Dünya

"Bitcoin" 7 800 dollara qədər ucuzlaşa bilər

  • 25 Dec 2017
  • 314 baxış

"Bitcoin" kriptovalyutasının qiyməti ötən həftə ərzində maksimal səviyyə - 20 089 dollardan 40%-ə yaxın azalaraq 11 883 dollara qədər geriləyib.

XalqTV.com report-a istinadən xəbər verir ki, geriləmə səbəblərindən biri investorların il ərzində 20 dəfə bahalaşan "bitcoin"də mənfəətlərini reallaşdırmaq istəkləri olsa da, digər səbəb də var.

Analitiklərin fikrincə, "bitcoin"in ucuzlaşması həmçinin noyabrın 8-də onun "SegWit2x" hardforkunun baş tutmaması ilə bağlıdır. Hardfork baş tutana qədər "bitcoin"in qiyməti 7 800 dollar təşkil edib. "SegWit2x" hardforku "bitcoin"in 1 MB olan blokçeyn ölçüsünü artıracaqdı. Belə ki, ilin əvvəlində "bitcoin"ə yaranan tələb, onun blokçeyn ölçüsünə uyğun gəlmir. Saniyədə 3-5 tranzaksiya həyata keçirən "bitcoin" tələbin artması nəticəsində "donmağa" başlayıb. Başqa sözlə, "SegWit2x" hardforkunun baş tutmaması, "bitcoin"in genişlənmə problemini aradan qaldırmayıb. Bu səbəbdən analitiklər "bitcoin"in 7 800 dollar səviyyəsinə qədər geriləyə biləcəyini istisna etmirlər.

>

Bununla yanaşı, ucuzlaşmaya daha bir səbəb kimi ABŞ hökumətinin kriptovalyuta birjalarına təzyiqi artırması amili göstərilir. Belə ki, ABŞ-ın əsas kroptovalyuta birjaları son zamanlar müştərilərdən müxtəlif sənədlər istəməyə başlayıb. Buna misal kimi Honq-Konqda yerləşən "Bitfinex" birjasının ABŞ vətəndaşları ilə əməkdaşlığı dayandırması göstərilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-12775-bitcoin-7-800-dollara-qeder-ucuzlasha-biler..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11