Siyasət

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

  • 23 May 2017
  • 259 baxış

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfəri zamanı Azərbaycan və Latviya parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

XalqTV.com bildirir ki, bunu  Trend-ə  Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Səfər zamanı parlament sədrinin Latviya prezidenti Raymond Veyonis, Seymin spikeri İnara Murnietse, baş nazir Maris Kuçinski və iqtisadiyyat naziri Arvil Aşeradenlə görüşəcəyi gözlənilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR