Siyasət

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB

  • 25 Dec 2017
  • 396 baxış

19:49

Moldova Demokratik Partiyasının sədri Vlad Plaxotnyuk Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə və ailənizə ən xoş arzularımı bildirirəm. Sizinlə dostluğumuzu və Moldova Respublikasını daim dəstəkləməyinizi yüksək qiymətləndirirəm.

Zati-alinizin doğum günü sevinclə qeyd edilib və əminəm ki, Azərbaycan xalqı Sizi yüksək qiymətləndirir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə qarşıdan gələn yeni ildə bayram əhval-ruhiyyəsi, könül xoşluğu, bol həyat enerjisi, uğurlar və firavanlıq arzu edirəm.

Əminəm ki, 2018-ci ildə bizim əməkdaşlığımız yüksək səviyyəyə çatacaq və ölkələrimizin xalqlarına fayda verəcək.

XXX

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

İcazə verin, bu xoş münasibətlə Sizə - peşəkarlığı və məqsədyönlülüyü, məsələnin mahiyyətinə dərindən nüfuz etməsi, insanları dinləmək və duymaq bacarığı sayəsində haqlı olaraq nüfuz və hörmət qazanmış insana ən xoş arzularımızı çatdıraq. Sizə möhkəm cansağlığı, nikbinlik və quruculuq enerjisi, nəzərdə tutduğunuz möhtəşəm planların uğurla həyata keçməsini diləyirik.

Hörmətli İlham Heydər oğlu, Sizə və doğmalarınıza xoşbəxtlik və firavanlıq, ad gününüzdə xoş əhval-ruhiyyə arzu edirik. Qoy, Sizin Azərbaycan Respublikası və xalqlarımızın dostluğu naminə səyləriniz bundan sonra da səmərəli nəticələr versin.

XXX

Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - idarə heyətinin sədri Andrey Kostin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi VTB Bankı idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti, müdrik siyasi xadim və lider kimi bütün təcrübənizi, qüvvənizi və biliklərinizi ölkənin inkişafı və onun vətəndaşlarının firavanlığı işinə həsr edirsiniz. Siz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün göstərilən beynəlxalq səylərə böyük şəxsi töhfə verirsiniz.

İki ölkənin işgüzar dairələri arasında, o cümlədən maliyyə sahəsində münasibətlərin inkişafına Sizin daimi diqqətiniz ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə ciddi təkan verir.

Biz Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Respublikası Dövlət Neft Fondunun iştirakını Rusiya ilə Azərbaycan arasında səmimi dostluğun, etimadın və səmərəli qarşılıqlı iqtisadi fəaliyyətin təsdiqi kimi yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər üçün tükənməz mənəvi və fiziki qüvvə, möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

XXX

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan xalqının və Azərbaycan uşaqlarının rifahı naminə göstərdiyiniz bütün səylərdə yeni uğurlar arzu edirəm. Ümidvaram ki, uşaqların müdafiəsi sahəsində səmərəli əməkdaşlığımız bundan sonra da davam edəcək.

XXX

Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı, böyük şəxsi səadət və Vətənimiz naminə, Yer üzündə sülh və həmrəylik naminə yeni uğurlar arzulayım.

Azərbaycanın dostlarının, ölkəmizin təbiətinə, memarlığına, musiqisinə və ən başlıcası, onun adamlarına heyran qalanların, bizim bənzərsiz Bakıda bircə dəfə olandan sonra özlərinin etiraf etdiyi kimi, bu "möcüzə"ni bir daha görmək, Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanış olmaq, müasir həyatın ən son nailiyyətlərinə sevinmək üçün dönə-dönə oraya can atanların sayı ilbəil artır.

Bizim peşə birliyimizin üzvləri arasında da belə dostlar çoxdur, onların təbriklərini Sizə çatdırmağı özümə şərəf sayıram. Təkcə son bir ildə Rusiyanın yüzdən çox notariusu bizim doğma şəhərimizdə olub. Ölkəmizlə tanışlıqdan sonra onların yekdil təəssüratı belədir: "Azərbaycanın fəxr etməyə haqqı var!".

Biz, doğma tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan həmvətənləriniz bununla fəxr edirik. Biz öz Vətənimizlə, xalqımızla, onun nailiyyətləri ilə fəxr edirik. Sizinlə - bizim Prezidentimizlə, hamılıqla qəbul edilmiş liderimiz, müasir dövrün ən parlaq intellektualı və siyasi xadimi ilə fəxr edirik.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.

Qoy qarşıdan gələn yeni, 2018-ci il Sizə, ailənizə və bütün Azərbaycan xalqına sülh, xoş günlər və səadət gətirsin!

XXX

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və bu il Azərbaycandakı fəaliyyətimizin 25 illiyini qeyd etməyimizdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olmuşdur. Biz, həmçinin Azərbaycan Hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə inanırıq.

XXX

"SOCAR Energy Georgia" MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, uzun ömür, möhkəm cansağlığı, ailə həyatında sevinc, ən başlıcası - Azərbaycanın firavanlığı naminə məsul işinizdə uğurlar və qələbələr diləyirəm.

Qoy, ölkənizin və xalqınızın rifahı naminə gündəlik mürəkkəb fəaliyyətinizdə həmkarlarınızın hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.

Əziz İlham Heydər oğlu, əmin ola bilərsiniz ki, biz - Sizin dostlarınız bizə verilən hər bir tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş diləklərimi, planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsi arzularımı bildirim.

XXX

Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, "SRV" Hüquq Agentliyi" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Roman Saviçev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Hər bir insanın ömründə bu əlamətdar gün illər boyu qazanılmış həyat müdrikliyi, peşəkarlıq, qiymətli biliklər və enerji baqajının, iş qabiliyyətinin və öz qüvvəsinə inamın gözəl birliyinin təcəssümüdür.

Sizin üçün bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və gümrahlıq, bütün niyyətlərinizin həyata keçməsi üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy, Sizin bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə sülh, harmoniya və xoşbəxtlik gətirsin.

XXX

"Belçika Azərbaycan Evi"nin sədri Bülənt Gürçam Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə "Belçika Azərbaycan Evi" adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və daha sanballı nailiyyətlər qazanacaq. Bu uğurlu yolda Sizi dəstəklədiyimizi bildiririk.

----------

17:42

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz dostum.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə həyatınızın bütün sahələrində şəxsi rifah, xoşbəxtlik və tərəqqi arzulayıram.

Sizi tanımağımdan, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərini inkişaf etdirmək istiqamətində Sizinlə işləmək imkanına malik olmağımdan böyük şərəf hissi duyuram. Bu əməkdaşlığın gələcəkdə daha da intensiv şəkildə davam etməsini arzulayıram.

Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

XXX

Moldova Respublikasının Baş naziri Pavel Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Ümidvaram ki, bu xüsusi məqam Sizə, Sizin gözəl ailənizə və Azərbaycan xalqına yalnız sevinc bəxş edəcək.

Ölkənizə Sizin bu cür uzaqgörənliklə və fədakarlıqla rəhbərlik etməyinizə heyranam. Sizin rəhbər tutduğunuz dəyərlər həm mürəkkəb dövrlərdə, həm də sülh şəraitində uğur qazanmağa və Azərbaycan xalqını istiqamətləndirməyə imkan verir.

Fürsətdən istifadə edib Sizə və ailənizə yeni ildə xoş bayram əhval-ruhiyyəsi və uğurlar diləyirəm.

Zati-aliləri, Sizə dərin hörmətimizə əmin olmağınızı xahiş edirəm.

XXX

Moldova Respublikasının üçüncü Prezidenti Vladimir Voronin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib.

Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi - güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.

Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm.

Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.

Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar.

Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm.

İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim.

XXX

Fransa Milli Assambleyasının keçmiş üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Doğum gününüz münasibətilə Azərbaycanın Dostları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.

Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyətinizin uzunmüddətli olmasını diləyirik. Sizi sədaqətlə dəstəkləməyə davam edəcək, Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni səylər göstərəcəyik.

Zati-aliləri, ən xoş arzularımızı qəbul etməyinizi və Sizə yüksək ehtiramımızdan əmin olmanızı xahiş edirəm.

Ad gününüz mübarək.

XXX

Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova  Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və yaxınlarınıza uzun ömür, xoşbəxtlik, möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni zəfərlər arzu edirəm.

XXX

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, böyük həyat enerjisi, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm. Əminəm ki, Sizə xas olan yüksək peşəkarlıq və işinizə sədaqət keyfiyyətləri Vətən naminə nəzərdə tutduğunuz planları bundan sonra da uğurla həyata keçirməyə imkan verəcək.

Sizə və ailənizə xoşbəxtlik, xoş günlər və firavanlıq arzu edirəm.

XXX

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən səmərəli dövləti fəaliyyətinizin davamlı olmağını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunda yeni uğurlar arzu edirəm.

Sizə bir daha səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq diləyirəm.

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, bütün təşəbbüslərinizdə müvəffəqiyyət və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanın davamlı tərəqqisi və rifahı naminə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə möhkəm sabitliyin və dinamik inkişafın, reallaşdırılan irimiqyaslı layihələr və mötəbər tədbirlər sayəsində respublikanızın beynəlxalq səviyyədə artan nüfuzunun şahidiyik.

Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə hərtərəfli dəstəyinizə və türkdilli dövlətlərin arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirəm.

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin "İslam Həmrəyliyi İli" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən Fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR