Dünya

ABŞ-da restoranda atışma olub, 5 nəfər yaralanıb

  • 25 Dec 2017
  • 287 baxış

ABŞ-ın Missisipi ştatında silahlı insident baş verib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, hadisə Viksberq şəhərində qeydə alınıb.

Məlumata əsasən, restoranların birində baş verən atışma nəticəsində 5 nəfər yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.

>

"WJTV 12 News" telekanalının xəbərinə görə, hadisə ilə əlaqədar 21 yaşlı Denzel Uotts saxlanılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR