Nəyə görə Bitcoin çökür?
Kriptovalyutalardan birincisi və ən məşhuru olan Bitcoin-nin hazırda heç bir rəqibi yoxdur. Buna səbəb isə, onun dəyərinə görə digərləri ilə müqayisədə çox öndə olmasıdır. Lakin, bu bazar son illərdə artan sayda kriptovalyutaların şahidi olub və güman etmək olar ki, gələcəkdə də yeni kriptovalyutalar bazara daxil olacaqlar.
XalqTV.com moneta.az-a istinadən bildirir ki, oyunçular arasında yaranan texniki və funksional innovasiya ilə bağlı artırılmış təhlükəsizliklə bağlı olsun, istərsə də kriptovalyuta platformalarının inkişaf edən xarakteristikaları ilə bağlı yaranan gərgin rəqabətdə ilk yaranan kriptovalyutaların təkmilləşməsi önəmlidir. Əks halda, onlar məhv olacaqlar. Bu, təbiətin qanunudur.
Nəyə görə Bitcoin böhran yaşayır?
Gəlin səbəblərini araşdıraq. Yuxarıda qeyd edilmiş məsələlərdən başqa, Bitcoin-nin qiymətinin kəskin azalmasında müxtəlif daxili və xarici faktorlar rol oynayır. Daxili faktorlardan bəzilərinə tranzaksiya haqqları, Bitcoin-nun infrastruktur məsələləri və digərləri daxildir.
Bitcoin-nin dəyərənin azalmasına səbəb insayder treydinqi, yüksək tranzaksiya haqqları, birjaların bağlanması və mümkün olan daxili qarşıdurmalar ola bilər.
Bitcoin daxilindəki qarşıdurmalar Bitcoin.com-dan olan Roger Ver-in CNBC-yə verdiyi müsahibəsindən aydın görünür. O, müsahibəsində istifadəçilərə "Bitcoin saxlamamağı və onların xak olunacaqlarını" bildirmişdi. Beləliklə, daxili çəkişmə Bitcoin-nin qiymətinin azalmasının səbəblərindən biridir.
Cavablandırılmalı olan vacib sual isə bu böhranın müvəqqəti olması ya da köpüyün artıq partlaması ilə bağlıdır. Moneta.az-ın "Analitik Komandası" bu böhranın müvəqqəti olduğunu və gec-tez bərpa olunacağını proqnozlaşdırır. Belə bazarlarda - kriptovalyuta və ya səhm bazarı olsun - yüksəlmələr və enmələr olur. Üstəlik, Bitcoin belə enmələri daha əvvəllər də görüb və eyni ilə də qiyməti yenidən qalxıb.
>Maliyyə köpüklərini araşdıran William Derringer-ə istinadən, "Əgər biz Bitcoin-nin köpük olduğunu əminliklə bilsəydik, köpük çoxdan partlamışdı". Bəzi skeptiklər və media köpüyü şişirdirlər və günbəgün böyüdürlər. Əgər dedikləri real olsaydı, indiyə qədər köpük çoxdan partlamışdı.
Dekabrın ilk həftəsində 10 000 dollar ətrafında olan Bitcoin dekabrın 8-i 17 000 dollara qədər qalxdı. Növbəti 2 gündə 13 000 dollara endi, lakin yenə dekabrın 11-i 17 000 dollara qədər artdı. Faktiki olaraq, dekabrın 17-də bitcoin 19 000 dolları ötdü. Lakin bundan sonra, bitcoin-nin dəyəri düşdü və hazırda 13 000 - 14 000 dollar aralığındadır.
Bitcoin-u olanlar üçün qiymətinin yenidən əvvəlki səviyyəyə qayıtması yaxşı bir xəbər olardı. Lakin, bir şey mütləqdir - bütün yumurtaları bir səbətə qoymaq varlanmaq üçün ən yaxşı yol deyil. İnvestisiya ekspertləri bu səbəbdən dolayı diverfikasiya edilmiş investisiya portfeli yaratmağınızı məsləhət görürlər.
Milyoner olmaqda səhv bir şey yoxdur, lakin əgər siz bunu Bitcoin və ya hər hansı bir kriptovalyuta ilə etməyi planlaşdırırsınızsa, o zaman sizin müflis olmaq riskiniz artmış olar.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin