SAĞLAMLIQ

Yeni saat infarkt risklərini azaldacaq

  • 27 Dec 2017
  • 349 baxış

"Əpl" şirkətinin istehsal etdiyi "ağıllı saat" (Smart Watch) artıq tam təkmilləşdirilmiş sağlamlıq cihazı funksiyasını yerinə yetirəcək.

XalqTV.com xəbər verir ki, Amerikanın nəhəng texnologiya şirkətlərindən olan "Əpl" bu ilin sentyabr ayından etibarən Stanford Universiteti ilə əməkdaşlıq edir. Şirkət mühəndisləri və tibb işçilərinin birgə layihəsi olaraq "Apple Heart Watch"( Ürək saatı) cihazı hazırlayıb.

Belə ki, saat elektrokardioqrama (EKG), təzyiq ölçən və ürək fəaliyyətinə nəzarət edən bir sıra cihazların funksiyalarını özündə birləşdirir. Hələ ki, saatın müxtəlif sınaq testləri keçirilir.

>

"Ürək saatı" xüsusilə ürəyində ciddi problemlər yaşayan insanlar üçün nəzərdə tutulub. Saat ani dəyişimlər haqqında sahibinə siqnal ötürəcək və xəstə dərhal yaxınlıqda olan tibb məntəqəsinə gedərək yoxlanışa girəcək. Həkimlərin sözlərinə görə, bu ani baş verən infarkt risklərini azaltmağa kömək edə biləcək.

Layihənin 2018-ci ildə tamamlanacağı gözlənilir. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO