İqtisadiyyat

Bu ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq

  • 27 Dec 2017
  • 413 baxış

Gələn ildən bəzi xarici ölkələrdən Azərbaycana birbaşa uçuşlar olacaq.

XalqTV.com bildirir ki, bunu  Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, martın 2-dən Birləşmiş Ərəb Əmirliyinin "Etihad Airways" şirkəti Əbu-Dabi - Bakı istiqamətində uçuşlar həyata keçirəcək: "Artıq bu istiqamət üzrə bilet satışına başlanılıb".

N.Bağırov qeyd edib ki, gələn il iyun ayından İsrailin "Arkia" aviaşirkəti də Bakıya həftədə 3 dəfə olmaqla, birbaşa aviareys yerinə yetirməyi planlaşdırır.

>

Assosiasiya sədri qeyd edib ki, hazırda Polşadan Bakıya birbaşa uçuşların həyata keçirilməsi üçün danışıqlar aparılır: "Artıq uşuçların yerinə yetirilməsi üçün razılıq əldə edilib. Uçuşların gələn il iyun ayından başlayaraq, həftədə 2 dəfə həyata keçirilməsi planlaşdırılır".

N.Bağırov bu reyslərin Azərbaycanda turizmin inkişafına təkan verəcəyini söyləyib.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-12877-bu-olkelerden-azerbaycana-birbasha-ucushlar-olacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11