idman

"Arsenal"dan "Real"ın futbolçusuna təklif

  • 28 Dec 2017
  • 262 baxış

"Arsenal" növbəti dəfə "Real"ın hücumçusu Kərim Benzemanı transfer etmək fikrinə düşüb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "topçular" fransalı forvardı mövsümün sonunda heyətinə qatmağa ümid edir. London klubu bu mövsüm qeyri-məhsuldar çıxış edən Benzemaya görə qarşı tərəfə 40 milyon avro təklif edib. Madrid klubunun prezidenti Florentino Perezin hücum xəttinə yeni nəfəs gətirmək istədiyi və Benzemanın satılmasını götür-qoy etdiyi bildirilir. 30 yaşlı futbolçu bir neçə il öncə də Arsen Venqerin transfer siyahısına daxil idi. Həmin vaxt "Real" onu komandada saxlamışdı. 

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR