İqtisadiyyat

Qızıl və gümüş bahalaşıb

  • 28 Dec 2017
  • 345 baxış

Qızılın qiyməti çərşənbə gününə keçən gecə dolların məzənnəsinin düşməsi, eləcə də, ABŞ və Şimali Koreya münasibətlərində gərginliyin qalması fonunda artır.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bunu hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 22.03-ə olan vəziyyətə görə, Nyu-Yorkun "Comex" birjasında qızılın fevral fyuçerslərinin qiyməti bir unsiyaya (31,1 qram) görə 3,7 dollar və ya 0,29% artaraq 1291,2 dollara çatıb.
Gümüşün mart fyuçerslərinin qiyməti bir unsiyaya görə 0,94% artaraq 16,75 dollara çatıb.
Dolların indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkənin valyutası səbətinə qarşı dolların məzənnəsi) bununla belə 0,25% azalaraq 93,03 bəndə düşüb.
Geosiyasi qeyri-müəyyənlik ənənəvi olaraq qızılın aid olduğu təhlükəsiz aktivlərə mövcud tələbatın artmasına rəvac verir.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR