SAĞLAMLIQ

İnfeksiyaya SON - "Ağıllı" mikroskop hazırlandı - FOTO

  • 29 Dec 2017
  • 398 baxış

Süni intellektin köməyi ilə qanın tərkibində olan patogenləri müəyyənləşdirən "ağıllı" mikroskop hazırlanıb.

XalqTV.com xəbər verir ki, İsrailin "Beth Israel Deaconess Medical Center" (BIDMC) mərkəzinin mikrobioloqları tərəfindən hazırlanan cihaz dünya mediasının diqqətini çəkib. Mikroskop köməyi ilə əldə edilən fotolar alqoritmlər tərəfindən emal edilir.

"Naked Science" nəşrində gedən məlumata görə, mikroskop vasitəsilə çəkilən fotoları dəqiqliklə tanıyan neyroşəbəkə, bakteriyaları dəqiqliklə incələmək üçün əvvəlcədən boyaq maddə emal edən və onlara çoxalmağa imkan yaradacaq normal temperaturda saxlanılan 25 minə yaxın nümunənin 100 mindən çox massiv fraqmenti yüklənib.

>

Belə ki, neyroşəbəkə mövcud bakteriyaları onların xarici görünüşlərinə görə tanıyırdı. Bunun köməyilə orqanizmdə ciddi xəstəliklər törədən geniş yayılmış bakteriyaları müəyyənləşdirmək olub. Sınaqlar zamanı neyroşəbəkə, insan müdaxiləsi olmadan emal edilən 189 nümunə üzərində test edilib. Sistem bakteriya növlərinin 93 faizini dəqiq şəkildə müəyyənləşdirib. Mütəxəssislərin fikrincə, gələcəkdə sistemi daha təkmilləşdirməklə tam avtonom diaqnozlaşdırma alətinə çevirmək olar.

Xatırladaq ki, hər il bakterial infeksiyalar dünyada minlərlə insanın həyatına son qoyur. Vaxtında qoyulmuş dəqiq diaqnoz onların həyatını xilas edə bilər. Bundan başqa, təlim görmüş neyroşəbəkə öz-özlüyündə yeni mütəxəssislərin öyrədilməsinə imkan verən məlumat bazası rolunu da oynayır. Hazırda dünyanın bir çox ölkələrinin səhiyyə sistemində laboratoriya sistemində kifayət qədər qeyri-dəqiq diaqnozlar qeydə alınır. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-12929-infeksiyaya-son---agilli-mikroskop-hazirlandi---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11