SAĞLAMLIQ

Kartof həm qida, həm də müalicə vasitəsidir

  • 29 Dec 2017
  • 382 baxış

Kartof bəşər tarixində yetişdirilən ən qiymətli ərzaq növlərindən biridir. Bəzi slavyan ölkələrində "ikinci çörək" adlandırılan kartof mətbəxdə geniş istifadə edilir. Çox az xörək, qəlyanaltı və salat tapmaq olar ki, onun hazırlanmasında kartofdan istifadə edilməsin. Əvvəllər kartofdan ərzaq kimi istifadə olunmurdu. Almaniyada dekorativ bitki kimi onu park və bağlarda əkir, Fransada isə qadınlar kartof çiçəkləri ilə saçlarını bəzəyirdilər.

Rusiyada ilk dəfə kartofun dadına I Pyotr baxıb. İlk dəfə fri-kartof Amerika prezidenti Tomas Cefersonun aşpazı tərəfindən qonaqlar üçün hazırlanıb. 2000-ci ildə Belarusun paytaxtı Minskdə kartofa heykəl qoyulub. 2008-ci ildə isə BMT tərəfindən "Kartof ili" elan edilib. Kartof eyni zamanda çəkisizlik şəraitinə düşən ilk tərəvəzdir. 1995-ci ildə onu "Kolumbiya" kosmik gəmisində də yetişdiriblər.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, statistikaya görə, il ərzində hər ABŞ vətəndaşı il ərzində 60, almanlar 120, belaruslar 180 kiloqram kartof yeyir. İslandiyada ən yaxşı içki növlərindən biri kartofdan hazırlanır.

>

Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Sellüloza və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox faydalıdır. Kartof nişastası əsasında bişirilən kisel mədə və bağırsağı təmizləyir, toplanan zərərli maddələri aparır, iltihab əleyhinə təsir göstərir, selikli qişanın bərpa olunmasına kömək edir. Çiy kartof şirəsi qıcqırmanı aradan qaldırır, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı müalicəni sürətləndirir. Kartofdan kosmetoloji məqsədlərlə də istifadə olunur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO