Dünya

"Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir"

  • 29 Dec 2017
  • 335 baxış

"Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi deyib.

O qeyd edib ki, Azərbaycan Türkiyənin ən etibarlı ticari və iqtisadi tərəfdaşlarından biridir.

Nazir bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri hər gün daha da inkişaf edir.

B.Tüfenkçi əlavə edib ki, 2016-cı ilin yekunu üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 2,4 milyard dollar təşkil edib: "2016-2017-ci illər ərzində Türkiyə və Azərbaycan arasında əmtəə dövriyyəsi 9 faiz artıb".

Nazir Türkiyə və Azərbaycanın gömrük sahəsində münasibətlərinin də inkişaf etdiyini vurğulayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-12961-turkiye-azerbaycanin-ugurlari-ile-fexr-edir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11