SAĞLAMLIQ

Onurğa beyinin travması zamanı nə etməli?

  • 30 Dec 2017
  • 379 baxış

Onurğa beyinin və onurğa sütununun travması ən çox məişət,istehsalat və nəqliyyat travmaları zamanı meydana çıxır.
Baş beyinin travmatik zədələnməsi kimi,onurğa beyni və onurğa sütünunun travmaları da qapalı və açıq olmaqla 2 yerə ayrılır.
Qapalı travmalar zamanı dəri örtüyünün və altındakı yumuşaq toxumaların bütövlüyü pozulmur,açıq travmalar zamanı isə dəri örtüyünün bütövlüyünün pozulması baş verir..
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, onurğanın qapalı zədələnmələri ağırlaşmış və ağırlaşmamış olmaqla 2 hissəyə bölünür.
Onurğanın travmaları zamanı onurğa beyinin və onu köklərinin zədələnməsi 30% hallarda baş verir. Onurğanın qapalı travmaları arasıda aşağıdakı patalogiyalara rast gəlmək mümkündür:
* zədələr
* sınıqlar
* çıxıqlar
* burxulmalar
* bağ aparatının qırılmaları
* fəqərəarası disklərin zədələnməsi
Onurğanın travmaları zamanı ən çox fəqərə cisimləri,az hallarda isə köndələn çıxıntılar zədələnir.
Onurğa beyinin ağır zədələnməsi sınıqlar zamanı müşahidə edilir.Bu zaman yuxarı fəqərə cisminin arxa şöbəsinin sınıqları onurğa kanalı istiqamətində arxaya doğru yerini dəyişir.
Onurğa beyinin istənilən hissəsindəki zədələnmələrdə yumuşaq toxumaların altında sümük çıxıqları olan, innervasiyası pozulmuş nahiyələrdə yataq yaraları müşahidə edilir.Bu yaralar ən çox onurğa beyinin kobud zədələnməsində və bel qalınlaşmasının travmalarında rast gəlinir.Yataq yaraları ən çox at quyruğu köklərinin travmalarında tez və güclü inkişaf edir.Bu zaman yataq yaraları sürətlə infeksiyalaşır və sepsis mənbəyinə çevrilir.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO