SAĞLAMLIQ

Onurğa beyinin zədəsi - diaqnoz və müalicə

  • 30 Dec 2017
  • 434 baxış

Onurğa beyinin zədələnməsi qapalı və nüfuz etməyən onurğa beyin travmalarından ən çox rast gələnidir.Zədə onurğanın yerdəyişmə ilə sınması,fəqərəarası disklərin prolapsı və onurğanın sərpməsi zamanı baş verir.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, onurğa beyinin zədəsi zamanı həmişə beyin maddəsində,köklərdə,qişalarda,damarlarda struktur dəyişikliklər baş verir.Bu dəyişikliklər özünü yumşalma,ocaq nekrozu və qansızma ilə göstərir.Beyin toxumasının zədələnməsi spinal şokla müşayət olunur.Bu zaman hərəki və hissi pozulmaların xarakteri travmanın yerindən və əhatəsinin genişliliyindən asılıdır.
Onurğa beyinin zədəsi zamanı zədələnmənin ardınca zədələnmənin dərəcəsindən asılı olmayaraq aşağıdakılar müşahidə edilir:
- süst ifliclər
- bütün hissiyyat növlərinin anesteziyası
- çanaq üzvlərinin funksiyasının pozulması
- vegetativ funksiyaların pozulması
Onurğa beyinin zədələnməsi zamanı əksər hallarda travma bir deyil,bir neçə zədələnmə ocağının yaranmasına səbəb olur.Travmaların səbəb olduğu əlamətlər travmadan bir neçə saat və ya bir neçə gün sonra meydana çıxa bilir.
Onurğa beyinin zədələnmələri çox vaxt subaraxnodial qansızmalarla müşayət olunur.Bu zaman serebrospinal mayedə qan qarışığı aşkar edilir.
Zədənin ağırlığından asılı olaraq pozulmuş funksiyaların bərpası 3-8 həftə ərzində davam edir.Ancaq onurğa beyinin tam və ya yarımçıq anatomik sarsılması ilə baş verən ağır zədələr zamanı itirilmiş funksiyalar heç vaxt bərpa olunmur.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO