SAĞLAMLIQ

Hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmaq lazımdır

  • 31 Dec 2017
  • 368 baxış

Bütün qadınlar mətbəxində və süfrəsində göyərtilərdən istifadə edir. Göyərtilərdən yeməklərin yanında, yeməklərin dadlandırılması məqsədilə və ya bəzək vasitəsi kimi istifadə edilir. Göyərtilər vitamin və minerallarla zəngindir. Yeməklərdə dadlandırıcı kimi istifadə edilən göyərtilərdən biri də kərəvəzdir. Kərəvizdən şorbalarda, salatlarda, şorabaların hazırlnmasında geniş istifadə edilir. Kərəviz orqanizm üçün çox faydalıdır. Bu səbəbdən də ən çox hamilə qadınların hamiləlik dövründə kərəvizdən bol istifadə etmələri məsləhət görülür.

XalqTV.com immunitet.az-a istinadən bildirir ki, kərəviz lifli qidalardandır. Buna görə də vegeteryanlar və sağlamlıqlarını qayğısına qalan adamlar kərəvizi çox sevirlər. Kərəviz yemək insanda toxluq hissi yaradır. Tərkibində olan kalium, dəmir, sink gələcək anaların ən çox ehtiycları olan minerallardır. Xalq təbabətində kərəvizi yaraların, yanıqların tez sağalması, böyrəklərin və mədə-bağırsağın xəstəlikləri zamanı istifadə edilir. Stress zamanı da bir-neçə gün kərəviz yemək stresin aradan qalxmasına səbəb olur. Yatmazdan əvvəl kərəviz yemək gecə boyu rahat dincəlməni təmin edir.

Dəridə olan yaraların tez sağalması üçün isə kərəviz suyunu tənzifə hopdurarq yaranın üstünə qoymaq yaranın tez sağalmasına səbəb olur.

Kərəviz kökü və yağından axşam yeməyi zamanı istifadə etmək yuxusuzluqdan əziyyət çəkənlər üçün ən yaxşı vasitə sayılır.
Mütəxəssislər hamiləlk zamanı həddindən çox kərəviz yeməyi məsləhət bilmrlər. Belə ki, kərəviz hamiləlik zamanı qanın uşaqlığa axınını sürətləndirə və tonusun artmasına səbəb ola bilir. Bu isə vaxtından əvvəl uşaqsalmaya səbəb ola bilər. Mütəxəssislər hamilə qadınları, hamiləlik zamanı kərəviz yeyərkən diqqətli olmağa çağırır

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO