SAĞLAMLIQ

Üzüm tumunun faydaları

  • 01 Jan 2018
  • 388 baxış

Sağlamlıq və kosmetika sahəsində istifadə olunan, dərini xarici qıcıqlanmadan qoruyaraq sakitləşdirən, antioksidant təsirə malik üzüm tumu son illərin "təbii sağlamlıq iksiri"olub.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər üzüm tumunun güclü antioksidant təsirə malik olduğunu söyləməklə yanaşı 25 yaşından yuxarı olan şəxslərə üzüm toxumu yeməyi məsləhət görürlər. Onların bu fikirləri insan bədəninin 25 yaşdan sonra antioksidant təsirə malik maddə ifraz etməməyinə əsaslanır. Bu yaşdan sonra insan orqanizmi müxtəlif xəstəliklərlə üzləşdiyinə görə mütəxəssislər orqanizmin ifraz etdiyi antioksidant maddə əvəzinə üzüm tumunu qəbul etməyi məsləhət görür.
Ordu Universitetinin Ziraat fakultəsinin Bağça bitkiləri bölümünün professoru Doktor Turan Karadeniz apardığı araşdırmalarında üzüm tumunun aşağıdakı faydaları olduğunu kəşf etmişdir:
* mədə bağırsaq fəaliyyətini sürətləndirir
* ağciyər  xəstəliklərində çox faydalıdır
* yaddaşı möhkəmləndirir
* xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
* diabet xəstəlikləri zamanı faydası böyükdür
* sərbəst radikalların fəaliyyətini normaya salır
* yüksək təzyiqi aşağı salır
* qan damarlarını möhkəmləndirir
* xolesterolu aşağı salır
* xroniki venoz xəstəliklərində damarlardakı şişkinliyi və yorğunluğu aradan qaldırır
* bədəndəki artıq suların xaric olmasına səbəb olur
* göz damarlarını möhkəmləndirir.
Üzüm çərdəyinin faydasını araşdıran mütəxəssislər onun uşaqlara verilməsini tövsiyə etmirlər.Onlar sağlamlıq vasitəsi kimi uşaqlara üzümün özünü yeməyi məsləhət görürlər.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO