SAĞLAMLIQ

Nikotin orqanizmə faydalıdırmı?

  • 02 Jan 2018
  • 438 baxış

Uzun illər həkimlər nikotinin orqanizmə vurduğu zərərlərdən danışıblar.Amma son illərin araşdırmaları az miqdar nikotinin insan bədəni üçün faydalı olduğunu sübut edib.Söhbət siqaretin tərkibində olan nikotindən getmir.Söhbət təmiz nikotindən gedir.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, insanlarda olan bəzi patologiyaları aradan qaldırmaq üçün nikotin tərkibli xüsusi yağışqanlar da düzəldilib. Bu yapışqanlar xəstənin qoluna yapışdrılır və lazım olan dozada təmiz nikotin tədricən orqanizm tərəfindən sorulur.
Yapışqandan orqanizmə sorulan nikotinin siqaretdəki nikotindən fərqi gec sorulması və təmiz nikotin olmasıdır.
Əslində nikotin dedikdə ilk növbədə ağıla siqaret gəlir Siqaretin tərkibində olan nikotin güclü neyrotoksindir.O qısa bir müddətdə insanın beyninə təsir edir və yalnız 2-3 saat sonra orqanizmdən xaric olunur.Nikotin insan beynində nikotin asetilxloridə çevrilir və adrenalinin təsirini stimulyasiya edir.Nikotin orqanizmdə hormonların miqdarını artırır və insanda olan depressiyanı aradan qaldırır.Nikotinin artıq və toksiki dozası insana pis təsir edir.Bəs doğurdanmı nikotin orqanizə lazımdır?
1 Mütəxəssislər 2 Alsheymer xəstəsi üzərində araşdırmalar aparmışdır.6 ay ərzində qoluna nikotin yapışqanı yapışdırılmış xəstənin nikotin istifadə etməyən xəstəyə nisbətən vəziyyətinin yaxşılaşdğı qeyd olunmuşdur Belə ki,həmin xəstənin beyin hüceyrələrində müsbət irəliləyiş qeyd olunmuş və yaddaşının digər xəstəyə nisbətən yaxşılaşdığı meydana çıxmışdır.Xəstənin beynindəki neyronlara təsir edən nikotin həmin neynonlara stimulyasiyaedici təsir etmişdir.
2 Alimlər yoğun bağırsaq yarasının sağalmasında nikotinin müsbət rolu olduğunu sübut etmişlər.Bunun səbəbi nikotinin heceyrələrin regenerasiya prosesini sürətləndirməsidir.
3 Müxtəlif əməliyyatlarda əmələ gələn kəsiklərin və yara yerlərinin sağalmasında da nikotinin rolu əvəzolunmazdır.
Qeyd etmək istəyirəm ki,nikotin dedikdə həkimlər siqaretin tərkibində olan toksiki nikotindən yox,yapışqanlı plastr şəklində satılan təmiz nikotindən danışırlar.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO