Dünya

Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlamağı əmr etdi

  • 03 Jan 2018
  • 263 baxış

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə xüsusi rabitə vasitəsilə danışıqlara başlamağı əmr edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, xüsusi rabitə vasitəsi saat 10:30-dan (GMT+4) etibarən açılacaq.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya Cənubi Koreya ilə öz yığmasının Qış Olimpiya Oyunlarında iştirakı barədə danışıqlara hazır olduğunu bildirmişdi. Seul Phenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmundcondayüksək səviyyədə danışıqlar aparmağı təklif edib. Cənubi Koreya tərəfinin təklifinə əsasən, bu danışıqlar yanvarın 9-da keçirilə bilər.

>

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR