SAĞLAMLIQ

20 qəpiklik \"peraşkilər\", 1 manatlıq dönərlər...

  • 03 Jan 2018
  • 381 baxış

Hərdən ac vaxtımızda zərərli hesab edilən qidalardan yeyirik.

20 qəpiklik "peraşki" və 1 manatlıq dönərlər belə vaxtlarda çoxlarımızın köməyinə çatsa da, ziyanını illərlə ödəməli oluruq. Əslində, onu satan da, alan da bu cür qidaların zərərli olduğunu bilir. Lakin yenə də satılıb-alınır.

"İnsanların apteklərdə, klinikalarda növbəyə durması bu cür qidaların istifadəsinin nəticəsidir".

XalqTV.com xəbərv verir ki, bunu metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

>

"Harada və necə gəldi bişirilən "peraşki", dönər kimi qidaların hamısı təhlükəlidir. 2006-cı ildən ölkədə toyuq dönər satışı qadağan olunmasına baxmayaraq, bu gün də bişirilir. Monitornqlər göstərir ki, bu gün məkanların 85%-də toyuq dönərləri satışa çıxarılır. Keçən ilin fevral ayında Ölkə Prezidenti Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman verdi. Yaxın vaxtlarda həmin agentlik işə düşməlidir. Ondan sonra problemlər həllini tapacaq".

Qastreontoloq Arzu Quliyeva metbuat.az-a açıqlamasında bildirib ki, istənilən halda, bu cür qidaların sağlamlığa ciddi ziyanı var:

"Dönər çiy qalan zaman insan sağlamlığına ziyan verir. Çiy ətin əzələlərində qurd yumurtaları ola bilir. Ət yaxşı bişməyəndə bu qurdlar dönərin tərkibində insan orqanizminə daxil olur. Sonradan fəsadlar şəklində özünü göstərir. "Peraşki" də həmçinin. Qızardılmış xəmirin öz problemləri var. İstər ev şəraitində bişsin, istər yolun kənarında. Fərqi yoxdur. Bu cür qidalardan uzaq durmaq məsləhətdir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO