idman
""Real" rəsmiləri "Yuventus"dan qorxurlar"
"Yuventus" və "Real"ın sabiq baş məşqçisi Fabio Kapello bu 2 klub arasında iyunun 3-də keçiriləcək Çempionlar Liqasının finalı haqda danışıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubunun hücum xəttinin güclü olduğunu vurğulayıb:
""Real" rəsmiləri "Yuventus"dan qorxurlar. Onlar məndən Alleqrinin komandasının niyə az qol buraxması haqda soruşublar.
Onlara da dedim, bu final 2 eynisəviyyəli komandanın iştirakı ilə baş tutacaq. Bəlkə də hücum xəttinə görə "Real" bir qədər üstündür. Çünki Ronaldu hazırda dünyanın ən yaxşı futbolçusudur".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








