Dünya

İran iğtişaşlar zamanı avropalının saxlanılması barədə məlumatı təkzib edib - YENİLƏNİB

  • 03 Jan 2018
  • 238 baxış

23:48

İranın Lurestan vilayətinin məhkəmə nümayəndəsi iğtişaşlar zamanı avropalının saxlanılması barədə yayılan məlumatı təkzib edib.

Bu barədə Trend "Mehr" xəbər agenltiyinə istinadən xəbər verir.

Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Səbzivari qeyd edib ki, saxlanılan şəxs əslən Borucerd şəhərindəndir, sadəcə Avropada yaşayır.

O əlavə edib ki, təhlükəsizlik xidmətinin əməkdaşları onu baş verənləri videoya çəkərkən saxlayıblar.

Daha öncə bildirilirdi ki, İranın güc strukturları Lurestan vilayətinin Borucerd şəhərində iğtişaşlarda iştirakına görə Avropa ölkəsinin vətəndaşını saxlayıblar.

>

---------

19:29

İranın güc strukturları Lurestan vilayətinin Borucerd şəhərində iğtişaşlarda iştirakına görə Avropa ölkəsinin vətəndaşını saxlayıblar.

Trend-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə şəhər məhkəməsinin nümayəndəsi Həmid Rza Balhasani deyib.

"Borucerddə son hadisələr zamanı Avropa vətəndaşı saxlanılıb", deyə o bildirib və qeyd edib ki, əcnəbi, istintaqın versiyasına görə, iğtişaş törədənlərdən biridir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR