SAĞLAMLIQ

Uşaq aqressivliyinin kökü...

  • 04 Jan 2018
  • 361 baxış

Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir. Nəzarət edilməsi mümkün olmayan davranış 2-4 yaşlı uşaqlarda daha çox müşahidə edilib. Həmin yaş həddini aşan uşaqlar vaxt keçdikcə bu barədə valideynlərinə və yaxın dostlarına danışmaqla, öz emosiyalarını idarə etməyi öyrənirlər. Lakin genetik köklər ucbatından uşağın nəzarəti mümkün olmayan aqressiv davranışı qeyri-müəyyən vaxtadək uzana bilər. Həmçinin, mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir. Alimlər həmin dövrdə baş verən prosesləri və onların insan davranışına təsirini nəzərə alaraq, körpənin yeniyetmədən nə ilə fərqləndiyini araşdırmaq niyyətindədirlər.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO