SAĞLAMLIQ

Proqressiv Dreyfus əzələ distrofiyası

  • 04 Jan 2018
  • 490 baxış

Xəstəliyi 1961-ci ildə Dreyfus təsvir etdiyinə görə xəstəlik onun adı ilə bağlıdır.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, xəstəliyin başlanğıcı 5-7 yaşa uyğun gəlir.Bu zaman xəstə uşaqlarda fiziki gərginlik zamanı əzələ zəifliyi,patoloji əzələ yorğunluğu baş verir.Xəstəlik əzələlərdə atrofiyaların əmələ gəlməsinə səbəb olur.Atrofiyalar simmetrik şəkildə əmələ gəlir və əvvəlcə aşağı ətraflarda,sonra isə bud əzələlərində baş verir.Xəstəliyin digər əzələ distrofiyalarından fərqi dirsək oynaqlarında erkən kontrakturaların əmələ gəlməsi ilə fərqlənir.Xəstələrin əksəriyyətində ürək pozğunluqları müşahidə edilir.
Xəstəlik ləng gedişə malik olur.
Xəstəliyə diaqnozun qoyulmasında onun kliniki gedişinin əlamətləri əsas götürülür.Kliniki təzahürlərin 5-7 yaşlarda başlaması,aşağı ətrafların proksimal əzələ qruplarında atrofiya,sonralar isə miodistrofiyaların yuxarı ətraf əzələ qruplarına yayılması,dirsək oynaqlarının erkən kontrakturalarının baş verməsi,aritmiyalar şəklində ürək-damar pozulmaları,xəstəliyin ləng proqressiv inkişafı əsas əlamət hesab olunur.
Xəstəlik uşaqlıq yaşlarında başlayır və uzun illər davam edir.Daima həkim nəzarəti altında olmasına baxmayaraq müalicəyə tabe olmur və xəstəlik əlilliklə başa çatır.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/12/cached-xeber-13234-proqressiv-dreyfus-ezele-distrofiyasi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11