idman

Koutinyo derbini boykot edəcək?

  • 05 Jan 2018
  • 336 baxış

İngiltərə kubokunun 3-cü mərhələsində "Everton"la qarşılaşacaq "Liverpul" ciddi itkiylə üzləşib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın yarımmüdafiəçisi Filippe Koutinyo derbi oyununu buraxmalı olacaq. Bu barədə məlumatı İngiltərənin "Quardian" nəşri yayıb. Zədəli olan braziliyalı futbolçunun kubok oyununu buraxacağı qeyd edilib. Lakin Koutinyonun "Everton"la oyunu buraxmasına başqa bir səbəb də göstərilir. Belə ki, İngiltərə mətbuatında yayılan iddialara görə, 25 yaşlı futbolçu klub rəhbərliyi onu "Barselona"ya transfer olmağa icazə vermədiyinə görə, bu oyunu boykot edib.

"Liverpul" "Everton"la matça daha bir itki ilə çıxa bilər. Belə ki, son vaxtlar sərgilədiyi oyunla diqqət mərkəzinə düşən Məhəmməd Salahın da zədə səbəbindən "irislər"lə qarşılaşmanı buraxacağı gözlənilir.

>

"Liverpul" - "Everton" matçı yanvarın 5-də keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-13283-koutinyo-derbini-boykot-edecek-..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11