SAĞLAMLIQ

Baytarlıq Xidməti: Azərbaycanda infeksion xəstəlik təhlükəsi yoxdur

  • 06 Jan 2018
  • 403 baxış

Quşçuluqla məşğul olan azərbaycanlı sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər.

XalqTV.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, dövlət xidməti tərəfindən aparılan tədbirlərə əsasən tam əminliklə demək olar ki, Azərbaycanda epizootik vəziyyət stabildir və infeksion xəstəlik təhlükəsi mövcud deyil: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas məqsədi epizootik plana əsasən ölkədə infeksion xəstəliklərə qarşı profilaktika tədbirlərinin keçirilməsidir. Eyni zamanda xidmət müalicə tədbirləri həyata keçirir".

>

Laboratoriya direktoru əlavə edib ki, bu il dövlət xidməti ölkədə quş qripi infeksiyasının olub-olmaması ilə bağlı bir sıra monitorinqlər keçirib: "2017-ci ildə mövsümi tələblərə uyğun olaraq dörd monitorinq keçirmişik. Monitorinqlər nəticəsində 7 655 ev quşundan qan nümunələri götürülüb. Bundan başqa, vəhşi quşlar üzərində təhlillər aparılıb. Nəticələr göstərib ki, Azərbaycanda quş qripi mövcud deyil. Bu isə o deməkdir ki, quşçuluqla məşğul olan sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO