İqtisadiyyat

Dollar təzyiq altında - Manata çətin olacaq

  • 06 Jan 2018
  • 468 baxış

Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2,8 dəfə, yəni 584,8 milyon dollar satılıb. Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub.

/>

XalqTV.com xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

/>

İqtisadçının sözlərinə görə, bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir: "Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır".

>

/>

V.Bayramov qeyd edib ki, Mərkəzi Bank üçün 2018-ci ilin hansı vaxtlarının cətin keçəcəkyini də açıqlayıb. Onun fikrincə, bunlar mart, avqust və dekabr ayı olacaq.

İlkin İzzət
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR