Xəbərlər

Bakıda sulu qar və qar gözlənilir - XƏBƏRDARLIQ

  • 25 Jan 2018
  • 1725 baxış

Xalqtv.com lent.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru  bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturunun Bakıda və  Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında sabah duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 26 - 27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR