İqtisadiyyat
Dollar daha da güclənəcək - Tramp
ABŞ prezidenti Donald Tramp daha güclü dollar görməyi arzulayır.
XalqTV.com Trend-ə istinadən bildirir ki, o, bunu CNBC telekanalına müsahibəsində deyib.
D.Tramp qeyd edib ki, dollar getdikcə daha da güclənəcək.
>Prezident əlavə edib ki, ABŞ maliyyə naziri Stiven Mnuçinin zəif dollar haqqında fikirləri kontekstdən çıxarılıb və düzgün anlaşılmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl S.Mnuçin Davosda dolların zəifləməsinin xarici ticarət baxımından ABŞ iqtisadiyyatına xeyirli olacağını demişdi.
XalqTV.com
RƏYLƏR