İqtisadiyyat

Qadınlar üçün ən təhlükəsiz 10 ölkə

  • 27 Jan 2018
  • 1240 baxış

Avstraliya qadınlar üçün dünyanın ən təhlükəsiz ölkəsidir.

XalqTV.com moneta.az-a istinadən bildirir ki, bu barədə qlobal bazar araşdırma qrupu olan New World Wealth-nun son hesabatında bildirilir.

Hesabat əsasən ən varlı insanların dünyada miqrasiyasını araşdırır.

Lakin, analizin bir hissəsinə qadınlar üçün dünyanın ən təhlükəsiz ölkələrinin araşdırılması daxildir.

"Qadın təhlükəsizliyi ölkənin uzun müddətli sərvətinin artım potensialını ölçmək üçün ən yaxşı yollardan biridir. Belə ki, sərvətin tarixi artımı ilə qadın təhlükəsizliyi səviyyəsi arasında 92% korrelyasiya var," hesabatda bildirilir.

"Bu o deməkdir ki, sərvət artımı ölkənin qadın təhlükəsizliyinin yuxarı səviyyəsi nəticəsində artır".

Avstraliya dünyada sərvət artımına görə ən yaxşı göstəricisi olan ölkələrdəndir. 10 il ərzində Avstraliyanın sərvəti 83% artmışdır.

>

2017-ci ildə qadınlar üçün ən təhlükəsiz 10 ölkə:

Avstraliya
Malta
İslandiya
Yeni Zellandiya
Kanada
Polşa
Monako
İsrail
ABŞ
Cənubi Koreya
Top 10-luqda yer alan ölkələrin çoxu ən varlı insanların miqrasiyası üçün ən populyar ölkələrdir.

Qeyd edək ki, 2017-də dünyada qadınlar üçün ən təhlükəli ölkələr Somali, Sudan, İraq və Suriyadır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR