SAĞLAMLIQ

Bir ayda 5 kilo arıqladan səhər yeməyi

  • 29 Jan 2018
  • 2171 baxış

Bu səhər yeməyi sizin ayda 5 kq arıqlamağınıza və orqanizminizin yığılıb qalmış toksinlərdən xilas olmasına səbəb olacaq.

Sağlam və bol vitaminli səhər yeməyi bizim gün ərzində enerjili olmağımıza səbəb olur.

XalqTV.com immunitet.az-a istinadən xəbər verir ki, mütəxəssislər insanların sağlamlığında səhər yeməyinin böyük rol oynağını qeyd edirlər. Vitamin və minerallarla zəngin səhər yeməyi isə orqanizmdə maddələr mübadiləsinin normal getməsinə və orqanizmin sağlamlığına səbəb olur.

Dietoloqlar isə orqanizmdən yığılıb qalmış toksinləri xaric edən və bağırsaqlardan asanlıqla xaric olan səhər yeməyini məsləhət bilirlər. Bu reseptlə hazırlanmış səhər yeməyi qəbizliyi aradan qaldırır və ay ərzində 3-5 kq arıqlamağa səbəb olur.

Dietoloqlar istənilən nəticəni əldə etmək üçün bu səhər yeməyini ən azı bir ay qəbul etməyi məsləhət bilir. Bu yeməyin ən azı bir ay yeyilməsi sizin orqanizminizi yığılıb qalmış toksinlərdən azad etməklə saçlarınızın və dırnaqlarınızın sağlamlığını bərpa edəcək və dərinizi cavanlaşdıracaq.

Yeməyin hazırlanması:

* yulaf - 2 xörək qaşığı

* yağsız qatıq - 1 fincan

* kakao tozu - 1 çay qaşığı

* üyüdülmüş kətan toxumu - 1 çay qaşığı

* quru gavalı - 5-7 ədəd

>

Hazırlanması:

1. Yeməyin hazırlanmasına axşamdan başlamaq

2. Gavalının üzərinə 100 qram qaynar su tökülür və 10 dəqiqə saxlanılır.

3. Digər qabda yulaf, kakao və kətan toxumu qarışdırılır.

4. Qarışıma yağsız qatıq əlavə edilir.

5. Sonra yumşalmış gavalı doğranır və qarışıma qatılır.

6. Qarışım blenderdə üyüdülür.

7. Hazırlanmış məhsul soyuducunun dondurma gözündə saxlanılır.

Qarışın hər axşam hazırlanır,  soyuducuda  saxlanılır və səhər donu açıldıqdan sonra otaq temperaturunda qəbul edilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO