İqtisadiyyat

Azərbaycan Çində Ticarət Mərkəzi açacaq

  • 29 Jan 2018
  • 426 baxış

2018-ci ildə Çinin Şanxay şəhərində xüsusi iqtisadi zonada Azərbaycan Ticarət Mərkəzi açılacaq.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Sahibkarların sualına cavab verən nazir bildirib ki, artıq Çində Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir:

"Ümumilikdə nümayəndəliklərin sayı müxtəlif ölkələrdə 4-ə çatır. Bu ildən onların fəaliyyəti gücləndiriləcək".

>

Ş.Mustafayev əlavə edib ki, fevral ayında Çinə növbəti ixrac missiyasını göndərmək planlaşdırır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-13372-azerbaycan-cinde-ticaret-merkezi-acacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11