Dünya
Türkiyə böyük terror aktından qurtuldu
Türkiyənin şərqində Bingöl vilayətində polis tərəfindən əməliyyat keçirilib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, vilayət polisi keçirilən əməliyyat sayəsində böyük terror aktının açılması və qarşısının alınması barədə xəbər yayıb.
Məlumata görə, partlayıcı qurğu iri magistral yollardan birinin yanında basdırılıbmiş.
Əməliyyat nəticəsində PKK terror qruplaşmasının 2 üzvü də saxlanılıb.
>Əməliyyatla bağlı başqa detallar açıqlanmayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR