Dünya

Bakı-Moskva aviareysi təxirə salındı

  • 31 Jan 2018
  • 292 baxış

Rusiyanın "Utair" aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

XalqTV.com xəbər verir ki, report bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. 

Qeyd edək ki, Moskva aeroportlarında 12 reys təxirə salınıb, 14 reys isə gecikir. O cümlədən Rusiya paytaxtının Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reys gecikmə ilə həyata keçiriləcək. Domodedovo hava limanında 8 reys təxirə salınıb. Vnukovo hava limanında isə 3 reys gecikir, 1 reys isə təxirə salınıb.

>

Xatırladaq ki, sinoptiklər güclü qar səbəbi ilə bu gün paytaxtda görmə məhdudiyyətinin olacağı barədə xəbərdarlıq etmişdilər. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR