idman

\"\"Beyl \"Real\"da xoşbəxtdir\"

  • 02 Feb 2018
  • 295 baxış

Uels millisinin baş məşqçisi Rayan Qiqqs həmyerlisi Qaret Beylin "Real Madrid"dən getmək ehtimalına toxunub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis bunları deyib:

"Son aylarda Beyl göstərdi ki, millinin əsas oyunçularından biridir. Əsas məsələ komandadır, amma heyətə Qaret kimi güclü futbolçular lazımdır. Onunla artıq danışmışıq. Beyl "Real"da xoşbəxtdir və klubu tərk etmək istəmir. O, rəhbərlik və məşqçilər korpusunuun ona necə münasibət bəslədiyini bilir. Buna görə azarkeşlərə nəyə qadir olduğunu göstərmək istəyir".

>

Bu mövsüm 28 yaşlı vinqer İspaniya Primerasında 10 oyun keçirib və 6 qol vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR