Dünya

Braziliya prezidenti ölmədiyini sübut edə bilmədi

  • 02 Feb 2018
  • 290 baxış

Braziliya prezidenti Mişel Temer ötən ilin noyabr və dekabr aylarına görə pensiyasını ala bilməyib.

Səbəb onun ölmədiyini, sağ olduğunu sübut edə bilməməsi və müvafiq dövlət qurumlarına bununla bağlı arayış təqdim etməməsidir.

XalqTV.com Globo-ya istinadən bildirir ki, Braziliya qanunlarına görə, təqaüdçü hər il dövlət sosial təminat orqanlarında qeydiyyatını yeniləməlidir.

"Bu prosedur "həyatın sübutu" adlandırılır və maraqlı şəxsin, yəni təqaüdçünün doğulduğu günə düşən ayda həyata keçirilməlidir",  - San-Paulu ştatının əhaliyə pensiyaların ödənilməsi barədə informasiya verən (SPPrev) xidmətinin əməkdaşları deyiblər.

77 yaşlı Mişel Temer 1999-cu ildə, San-Paulu ştatının prokuroru postundan 58 yaşında təqaüdə çıxıb. O, 45050 real (təqribən 14 min dollar) pensiya almalıdır. Fəqət, o, dövlət başçısı olduğundan və maaş aldığından pensiyanın məbləği müvəqqəti olaraq 22100 realadək azaldılıb.

>

SPPrev-dən verilən məlumata görə, prezident administrasiyası pensiya ödənişlərinin bərpası üçün gərəkli sənədləri hazırlayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR