İqtisadiyyat

Bitkoindən rekord! - 8 mindən aşağı satılır

  • 02 Feb 2018
  • 350 baxış

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin ucuzlaşması davam edir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, artıq bitkoinin son qiyməti hətta 8 min dollardan da aşağı düşüb. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 11,7% və ya 7,996 min dollaradək ucuzlaşıb. Qeyd edək ki, hələ səhər bitkoinin qiyməti 8,69 min dollar təşkil etmişdi.

Alternativ kriptovalyutalar - "Ethereum" 16,6% və ya 956,8 dollaradək, "Ripple" 25,42% (0,85 dollara qədər), "Bitcoin Cash" isə 20% (1,18 min dollaradək) ucuzlaşıb.

>

Kriptovalyuta bazarının kapitallaşması hazırda 420,72 milyard dollar təşkil edir. Bu göstəricinin 35 faizi bitkoinin payına düşür.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR